EĞLENCENİN TEK MEKANI. WWW.ELNUR-EYNALOV.TR.GG
  DÜNYANIN 8 MÖCÜZƏSİ
 
 


Dünyanın 7 Möcüzəsi Qədim dövrdə ən geniş söhrət qazanmış tikili və heykəlləri belə adlandırırlar. Təəssüf ki, insan zəkasının yaratdığı bu gözəl incilərdən dövrümüzədək yalnız Qədim Misir Ehramları gəlib çatmışdır. Digər tikili və heykəllərin aqibəti belə olmuşdur: 1. Semiramidanın asma bağları Fərat çayı daşqınları nəticəsində dağıldı! Hazırda Almaniya Respublikasının mütəxəssislərinin köməyi ilə bu bağ bərpa olunur. 2. Artemidanın Efes şəhərindəki məbədi bərpa olundu, sonra yenidən dağıldı. 3. Olimpiyadakı məbəddə Zevsin heykəli yandı. 4. 15-ci əsrdə səlibçilər qala tikmək üçün Halikarnasdakı Mavsolun məqbərəsini sökdülər. 5. Rodos nəhəngi zəlzələ nəticəsində məhv oldu. 6. Iskəndəriyyə mayakının taleyi də belə oldu. 7. Yalnız Misir ehramları salamat qaldı. Nahaq yerə demirlər ki, zaman onlardan qorxur.


Dünyanın 8-ci Möcüzəsi 'Cumeyd Palması' Dünyanın səkkizinci möcüzəsi sayılan "Cumeyd Palması" Birləşmiş Ərəb Əmirliyi Respublikasının Dubay şəhərindəki dəniz kənarında yerləşir. Bu süni salınmış ada palma ağacı şəklindədir. Buna görə də bu adanı "Cumeyd Palması" adlandırıblar və dünyaın səkkizinci möcüzəsi hesab olunur.


Dünyanın 7 Möcüzəsi III Möcüzə: Artemidanın Efes şəhərindəki məbədi' FPRIVATE "TYPE=PICT;ALT=Artemidanin Efes seherindeki mebedi" Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.


Dünyanın 7 Möcüzəsi V Möcüzə: 'Halikarnasda Mavsolun məqbərəsi' FPRIVATE "TYPE=PICT;ALT=Halikarnasda Mavsolun meqberesi" Beşinci "möcüzə" Kiçik Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. Ikinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından "mavzoley" sözü yaranmışdı.


Dünyanın 7 Möcüzəsi VII Möcüzə: 'Isgəndəriyyədəki mayak' FPRIVATE "TYPE=PICT;ALT=Isgenderiyyedeki mayak" Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında(Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.


Dünyanın 7 Möcüzəsi I Möcüzə: 'Misir ehramları və Sfinks' FPRIVATE "TYPE=PICT;ALT=Misir ehramlari" Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər - Misir fironlarının sərdabələrı təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabəlar fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir. Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular. Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənın yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı əmr etmişdir. "Keşikçi" insanbaşlı və aslanbədənlidir. O, Sfinks adlanır.


Dünyanın 7 Möcüzəsi IV Möcüzə: 'Olimpiyadakı məbəddə Zevsin heykəli' FPRIVATE "TYPE=PICT;ALT=Olimpiyadaki mebedde Zevsin heykeli" Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.


Dünyanın 7 Möcüzəsi VI Möcüzə: 'Rodos nəhəngi' FPRIVATE "TYPE=PICT;ALT=Rodos nehengi" Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlinin qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tünc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.


Dünyanın 7 Möcüzəsi II Möcüzə: 'Semiramidanın asma bağları' FPRIVATE "TYPE=PICT;ALT=Semiramidanin asma baglari" Dünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları - Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvarı terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvarı bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırd

 
  Bugün 5 ziyaretçi (6 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol