EĞLENCENİN TEK MEKANI. WWW.ELNUR-EYNALOV.TR.GG
  DERLER
 
İnsan-bütün canlı varlıqların ən ağıllısıdır.(ARİSTOTEL) İnsanları tanıya bilən ağıllı,özünü tanıya bilən ziyalıdır.( LAO-TSZI ) Bilik-insanları bütün bəlalardan saxlar.( RUDƏKİ) İstəyi olmadan öyrənən şagird-qanadsız quşdur.(SƏDİ) Zehni əmək hər cür kədəri uzaqlaşdırmağa qadirdir.(SƏDİ) Övladlarınız arasında oğlanla qıza fərq qoymayın,fərq qoymaq lazım gəlsəydi,mən qızları üstün tutardım.(MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s) ) İnsanın şərafəti öz qabiliyyətinə görədir,nəslinə görə deyildir.Ağıllı övladın nəslə ehtiyacı yoxdur,naxələf övlad isə nəslin adını batırar.(A.BAKIXANOV) Ata-ananın övlada məhəbbəti təbii,övladların ata-anaya məhəbbəti isə iradidir.(NƏSİRƏDDİN TUSİ) Ya öyrədən ol,ya öyrənən ol,ya dinləyən ol,yaxud da bunları sevən birisi ol.(MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s) ) Mənə bir hərf öyrədənin köləsi olaram.(Hz.ƏLİ) Uşağı bütə döndərmək olmaz,yoxsa böyüyəndə qurban tələb edər.(Ü.HACIBƏYOV) Yaşlılar qocalmış uşaqlardır.(P.HAYZE) Elmin ağası olmaq üçün zəhmətin köləsi olmalısan.(BALZAK) Ya göründüyün kimi ol,ya da olduğun kimi görün.(CƏLALƏDDİN RUMİ) Dahini zaman yaratmır,həttta ona ehtiyac olduqda belə.Dahi öz zamanının məhsulu deyil,öz zamanına əsasən anlaşıla bilməz.(OTTO VEYNİNGER) İstənilən adam həqiqətə uyğun olan nəsə deyə bilər.Ancaq bunu gözəl,məntiqlə və az sözlə çox az adam ifadə edə bilər.(M.MONTEN) Yaratmaq ölümü öldürmək deməkdir.(R.ROLLON) Tərbiyəsiz isdedada heyf.(SƏDİ) İnsanların çoxunun dəyərini bilmədikləri iki şey vardır-sağlamlıqları və zamanları.(MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s) ) Vaxtı öldürmək ən bahalı əyləncədir.(BALZAK) Zaman puldur.(E.BULVER-LİTTON) Vaxtdan ağıllı istifadə etsək,kifayət qədər vaxtımız olar.(İ.HÖTE) Vaxt həyatın vicdanıdır,itirilmiş vaxt adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır.(Y.V.ÇƏMƏNZƏMİNLİ) Elə münasibət saxla ki,dostları düşmən,düşmənləri dost etməyəsən.(PİFAQOR) İçkinin başlanğıcı günah,ortası sərxoşluq,sonu fəlakətdir.(XAQANİ) Stəkanda boğulan dənizdə boğulandan çoxdur.(YAPON ATALAR SÖZÜ) Şərab günahlar məcmusudur.(MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s) ) Dəniz heç vaxt öz sərhədlərini aşmır.Buna yalnız insan cəhd göstərir.(HELVESTİ) Ən uzun sürən düşmənçilik səbəbsiz düşmənçilikdir.(J.RETS) Düşmənə bəslədiyin kini körükləmə,yoxsa özün də yanarsan.(U.ŞEKSPİR) Mən elə bir xalq tanımıram ki,müharibədən xeyir götürmüş olsun.(F.VOLTER) Müharibə dinc dövrün problemlərindən qorxaqcasına qaçmaqdır.(T.MANN) Müharibənin nəticələrini irəlicədən görmək mümkün olsaydı,bütün müharibələrə son qoyulardı.(K.BUNŞ) Dostluğu düşmənçiliyə çevirmək asan,düşmənçiliyi dostluğa çevirmək çətindir.(J.KOLBERT)
 
  Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol